BAKI, 1 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Amerikanın İranın nüvə obyektlərinə endirdiyi zərbələri inanılmaz dərəcədə uğurlu hesab edir.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-yə gözlənilən səfəri ilə bağlı sualları cavablandırarkən bildirib.
“Çox şeylər barədə danışacağıq. İrandakı möhtəşəm uğurumuz kimi. İnanılmaz uğurlarımız olub və uzun illər ərzində heç kim buna nail ola bilməmişdi. “İndi biz (İranın nüvə obyektlərindən danışarkən) “məhv” sözünü işlədə bilərik”, - Tramp deyib.
Prezident iyunun 22-də Amerikanın bombardmanlarına məruz qalan İranın nüvə obyektləri barədə qeyd edib:
“Onlar məhv edildi”.