BAKI, 27 iyun. TELEQRAF
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 72 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
"Son 24 saat ərzində Qəzza zolağında 72 nəfərin cəsədi təhvil verilib. Həmçinin 174 yaralı xəstəxanalara çatdırılıb", - deyə, məlumatda qeyd olunur.
Qeyd edək ki, Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana qurbanların ümumi sayı 56 331 nəfərdir, 132 632 nəfər yaralanıb.