BAKI, 25 iyun. TELEQRAF
“İran nüvə obyektlərini bərpa etməyə çalışsa, yenidən hücum edəcəyik”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
İranın nüvə obyektlərini bərpa etməyə çalışacağı təqdirdə ABŞ-nin yenidən hücum edib-etməyəcəyi sualına Tramp “Əlbəttə” cavabını verib.
ABŞ Prezidenti son hücumların İranın nüvə proqramını onilliklər geri atdığını və Tehrana nüvə silahı əldə etməyə imkan verməyəcəklərini vurğulayıb:
“ABŞ İranın uranın zənginləşdirilməsi prosesini bərpa etməsinə icazə verməyəcək”.