BAKI, 24 iyun. TELEQRAF
İran ərazisindəki hədəfləri vuran qırıcılar ölkəyə qayıdırlar.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
***
16:04
İsrail Hərbi Hava Qüvvələri Tehranın şimalında yerləşən radiolokasiya stansiyasına hava zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət televiziyasının məlumat yayıb.
İsrail ABŞ Prezidenti Donald Trampın atəşkəs elan etməsindən sonra belə, İranın şimalında yerləşən Babol və Babolsər şəhərlərinin ətraf ərazilərinə hava zərbələri endirib.
Hücumun səbəbi kimi İran tərəfindən atəşkəsin pozulması göstərilib.