BAKI, 23 iyun. TELEQRAF

İran uranın zənginləşdirilməsini yalnız sülh məqsədləri üçün davam etdirir və nüvə silahlarının yayılmasının qarşısının alınması üzrə müqavilə öhdəliklərinə sadiq qalır. Digər dövlətlərin Tehranı bu sahədə məhdudlaşdırmağa haqqı yoxdur.

Teleqraf xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi bildirib.

“Biz nüvə silahlarının yayılmasının qarşısının alınması üzrə müqavilənin vicdanlı iştirakçısıyıq və bu əsasda ölkəmizin xeyrinə sülh məqsədli uranın zənginləşdirilməsini həyata keçiririk. Müqavilə öhdəliklərimizi yerinə yetirdiyimiz müddətcə, heç kim bizə nə etməli olduğumuzu deyə bilməz",- o qeyd edib.