BAKI, 23 iyun. TELEQRAF
İsrailin hücumlarına cavab olaraq İran bu ölkənin ərazisinə növbəti raket dalğası həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçilər Korpusu məlumat yayıb.
Məlumata görə, raket hücumunun hədəfi İsrailin hərbi obyektləri və hərbi sənayesidir.
İsrail Müdafiə Qüvvələri (SAXAL) hücumu təsdiq edib.
Ölkənin bir sıra regionlarında raket hücumuna qarşı xəbərdarlıq sistemi işə salınıb.