BAKI, 21 iyun. TELEQRAF

İssar Təbətəbai Qomşeh ilə birlikdə daha iki nüvə alimi öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumatda deyilir ki, bununla iyunun 13-də İsrail Hərbi Hava Qüvvələrinin İrana hücumunun başlamasından bəri öldürülən nüvə alimlərinin sayı 17-yə çatıb.

***

13:08

İranın nüvə alimi İssar Təbətəbai Qomşeh həyat yoldaşı ilə birlikdə öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Hadisənin İsrail Hərbi Hava Qüvvələrinin paytaxt Tehrana zərbələri zamanı baş verdiyi bildirilib.