BAKI, 20 iyun. TELEQRAF

Bu gün səhər saatlarında İranın Tehran şəhərində yerləşən xəstəxana İsrailin raket hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.