BAKI, 20 iyun. TELEQRAF

Səhər saatlarında Tehranda İsrailin PUA hücumuna məruz qalan mənzil nüvə aliminə məxsus olub.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Qeyd edilir ki, hücum zamanı silah sahəsində ixtisaslaşmış nüvə alimini öldürüb. Məlumata görə, o, PUA ilə vurulan evə təhlükəsizlik məqsədilə köçübmüş.

***

12:41

İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehrana PUA-larla zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Hava hücumundan sonra İranın paytaxtında partlayış səsləri eşidildiyi bildirilib.

Məlumata görə, hücum Tehranın mərkəzində, Qişa məhəlləsindəki mənzilə edilib.