BAKI, 18 iyun. TELEQRAF

“Tornado Tehranı süpürür, diktatorlar belə devrilir”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats Müdafiə Qüvvələrinin İranda davam edən əməliyyatlarını şərh edərkən deyib.

“Tornado (İsrail ordusu – red.) Tehranı süpürür. Güc rəmzləri bombalanır və dağılır. Diktatorlar belə devrilir”, - müdafiə naziri vurğulayıb.

Kats İsrail ordusunun tezliklə digər hədəfləri də məhv edəcəyini bildirərək, əhalinin kütləvi şəkildə Tehranı tərk etdiyini qeyd edib.