BAKI, 17 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri İran dövlət televiziyasının binasına zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumatda deyilir ki, iyunun 16-da da hücuma məruz qalan dövlət televiziyasının binasında bugünkü hücumdan sonra yanğın başlayıb.

Həmçinin KİV paytaxt Tehranın mərkəzində güclü partlayışlar barədə məlumat yayıb. İsrail mediası Tehranda bir sıra hərbi hədəflərin vurulduğunu da bildirib.