BAKI, 13 iyun. TELEQRAF

İranın Ali Rəhbəri Əli Xamaneyinin əmri ilə Məhəmməd Pakpur İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edək ki, səhər saatlarında SEPAH komandanı Hüseyn Salami İsrailin hücumu nəticəsində həlak olub, onun vəzifəsinin müvəqəti icrası isə Əhməd Vahidiyə tapşırılıb.