BAKI, 22 iyun. TELEQRAF

Livan Baş naziri Nəvaf Salam ilə Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, Livan Baş Nazirinin Ofisindən verilən açıqlamaya görə, Nəvaf Salam Suriya Prezidenti Əhməd əl-Şaraanın "Livandakı münaqişəyə müdaxilə etməyəcəyik" açıqlamasını alqışlayıb.

Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampın İsrailin məqsədlərinə çatmayacağı təqdirdə Suriyanın Hizbullahla qarşıdurmaya müdaxilə edə biləcəyi barədə açıqlama verib.

Suriya Prezidenti Əhməd əl-Şaraa isə bunu təkzib edib. O bildirib ki, Dəməşqin regional sabitliyi təmin etmək üçün yalnız diplomatik, siyasi və iqtisadi əlaqələrə üstünlük verir.

Nəvaf Salam Suriya liderinin mövqeyini "qardaşcasına və səmimi" adlandırıb.