BAKI, 22 iyun. TELEQRAF
İsrail hökuməti İordan çayının Qərb sahilindəki Rəmallah şəhərinə getmək istəyən Yunanıstan həmkarlar ittifaqının üzvlərini Təl-Əviv limanından deportasiya edib.
Teleqraf xəbər verir ki, Fələstin həmkarlar ittifaqının dəvəti ilə Rəmallah şəhərinə gedən altı yunan hava limanında saatlarla dindirilib.
Daha sonra onlar Afinaya geri göndərilib.
Yunanıstan Xarici İşlər Nazirliyi İsrailin addımına etirazını bildirib.