BAKI, 13 iyun. TELEQRAF
İsrailin İrana hava hücumlarından sonra ABŞ regional koalisiyanı bərpa etməyə çalışır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail rəsmisi “The Times of Israel” qəzetinə bildirib.
Onun sözlərinə görə, ABŞ ən azı bir həftə əvvəldən planlaşdırılan əməliyyatdan xəbərdar olub.
Rəsmi deyib ki, İsrail və ABŞ davamlı olaraq təmasdadır: “Amerikalılar İranın İsrailə qarşı əvvəlki hücumlarına qarşı çıxan regional koalisiyanı bərpa etməyə çalışırlar”.
Mənbə qeyd edib ki, ABŞ və İsrailin Təl-Əvivə hava zərbələri ilə cavab verəcəyini gözləyir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.