BAKI, 3 iyun. TELEQRAF
Son bir neçə həftə ərzində 500 ABŞ hərbçisi Suriyadan çıxarılıb, ən azı iki baza bağlanıb və üçüncü baza “Suriya Demokratik Qüvvələri”nə (SDQ) (PKK terror təşkilatının qanadı – red.) təhvil verilib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Al Alabiya”ya bildirib.
ABŞ Müdafiə Nazirliyinin rəsmisi deyib ki, ABŞ qüvvələrinin Suriyada yenidən yerləşdirilməsi yerdəki şərtlər əsasında təhlükəsiz, ölçülüb-biçilmiş şəkildə həyata keçirilir.
Suriya üzrə xüsusi elçi Tomas Barak ABŞ-nin oradakı hərbi bazalarının sayını azaltmaq planını açıqlayıb. Türkiyənin NTV telekanalına müsahibəsində o, 8 bazadan yalnız birinin saxlanılacağını söyləyib.
Barak həmçinin qeyd edib: “Bizim Suriya ilə bağlı indiki siyasətimiz son 100 ilin siyasətlərinə bənzəməyəcək, çünki bu siyasətlər nəticə verməyib”.
ABŞ-nin SDQ-yə dəstəyinə gəlincə, Tomas Barak təşkilatı “Vaşinqtonun müttəfiqi” adlandırıb.