BAKI, 24 may. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada suriyalı həmkarı Əhməd Şaraanı qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan Dolmabağşada Suriya Prezidenti Əhməd Şaraa ilə görüşüb”, - açıqlamada deyilir.
Görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, müdafiə sənayesi naziri Haluk Görgün, Suriya xarici işlər naziri Əsəd Həsən Şibani, müdafiə naziri Murfah əbu Kəsra və digər rəsmilər də iştirak edib.
Mətbuata qapalı keçirilən görüş təxminən 2 saat davam edib.