BAKI, 22 aprel. TELEQRAF

Livan mediası İsrail hava qüvvələrinin səhər saatlarında paytaxt Beyrutun cənubunda bir avtomobili hədəfə aldığını yazıb.

Teleqraf xəbər verir ki, zərbə nəticəsində “Müsəlman Qardaşları”na bağlı “Əl-Cəmaə əl-İslamiyyə” təşkilatının komandiri Həsən Ətvinin həyatını itirdiyi bildirilib.

“Times of Israel”in iddiasına görə, təşkilat “Hizbullah”la birlikdə İsrailə qarşı döyüşlərdə iştirak edib.