BAKI, 15 aprel. TELEQRAF

İran ABŞ ilə aparılan danışıqlara nə həddindən artıq ümidlə, nə də ümidsizliklə yanaşır.

Teleqraf xəbər verir ki, bu barədə İranın ali lideri Ayətullah Əli Xamenei bildirib.

“İranın sənaye, iqtisadiyyat, tikinti və mədəniyyət sahələrindəki işləri ABŞ ilə aparılan danışıqlardan asılı deyil. Danışıqlar nəticə verə də bilər, verməyə də. Biz bu məsələdə nə çox nikbinik, nə də bədbin. Əlbəttə, qarşı tərəfə qarşı ciddi şübhələrimiz var, lakin öz imkan və qabiliyyətlərimizə tam əminik”, - o qeyd edib.