
BAKI, 29 mart. TELEQRAF
Qəzzada təcili yardım işçiləri İsrail ordusunun hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” şahidlərə istinadən məlumat yayıb.
Şahidlərin sözlərinə görə, təcili yardım işçilərini öldürüb və onların cəsədlərini təcili yardım maşınları ilə birlikdə Cənubi Rafah şəhərində basdırıblar.
İsrail tərəfindən məsələ ilə bağlı heç bir açıqlama gəlməyib.
Qeyd edək ki, martın 18-də İsrail Qəzzada hərbi əməliyyatları bərpa edib.