BAKI, 23 mart. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Beyt Xanun qəsəbəsi ərazisində quru əməliyyatına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri Qəzzanın şimalındakı Beyt Xanun qəsəbəsində əməliyyata başlayıb. Əməliyyatın məqsədi Qəzzanın şimalında təhlükəsizlik zonasını genişləndirmək üçün HƏMAS terrorçularının hədəflərini sıradan çıxarmaqdır”, - məlumatda deyilir.

Həmçinin İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin sakinlərini şimala təxliyə etməyə çağırıb.