BAKI, 22 mart. TELEQRAF

Fələstinin radikal HƏMAS hərəkatı vasitəçilər ilə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun təqdim etdiyi Qəzza zolağında münaqişənin həlli planını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Abdel Lətif əl-Kanua bildirib.

“Vitkoffun təklifi və bəzi digər ideyalar vasitəçilərlə müzakirə olunur və razılığa gəlmək üçün əlaqələr dayanmayıb”, - o vurğulayıb.

Bundan əlavə, Əl-Kanuanın sözlərinə görə, HƏMAS bu ərazinin idarə olunmasında iştirak etməyə çalışmır. Bu baxımdan, HƏMAS Qəzza zolağının idarə olunması üçün istənilən formatı qəbul etməyə hazırdır.