
BAKI, 18 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 310-a çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Qəzzanın səhiyyə qurumu məlumat yayıb.
Qurum 1000-dən çox insanın yaralandığını açıqlayıb.
Ölənlər arasında uşaq və qadınların olduğu deyilir.
İsrail dinc sakinləri hədəf almadığını bəyan edib.
Xatırladaq ki, İsrail gecə saatlarında Qəzzada hava əməliyyatlarını yenidən bərpa edib.