BAKI, 6 mart. TELEQRAF

Bakı Hərbi Məhkəməsində Ermənistanda anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs Melikset Paşayan ifadə verib.

Teleqraf xəbər verir ki, o, ifadəsində ittihamlarla tanış olduğunu bildirib.

O, sovet ordusunda xidmət etdiyini, 1993-cü ildə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün qondarma rejimin “hərbi komissarlığı”ndan çağırış aldığını söyləyərək deyib: “1994-cü il atəşkəsinə qədər mən ancaq Ağdamda mövqe qorumuşam. 2020-ci ildə 44 günlük müharibə zamanı isə kənddəki oğlanlarla qərara gəlib mövqeləri qorumağa getdik. Üç-dörd həftə mövqe qoruduq”.

Melikset Paşayan 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı barmağından yaralandığını, sonra isə tutulduğunu bildirib.