BAKI, 8 avqust. TELEQRAF

“Son bir ildə Azərbaycan və Ermənistan rəhbərlikləri hər iki ölkənin xalqı üçün sülhün təmin edilməsinə yönəlmiş əhəmiyyətli və cəsarətli addımlar atıblar”.

Teleqraf xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavro deyib.

“2026-cı il avqustun 8-i Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş tarixi razılaşmanın birinci ildönümüdür”, - diplomat bildirib.

Konfavro qeyd edib ki, atılan addımlar əldə olunmuş razılaşmaları praktiki səviyyəyə çatdırmaq və Ermənistan və Azərbaycan xalqları üçün sülhü real hala gətirmək məqsədi daşıyır.