BAKI, 7 avqust. TELEQRAF

İran parlamenti ABŞ və İsrailə aid gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi "Tasnim" agentliyinə açıqlamasında deyib.

O bildirib ki, hazırda komitədə müzakirə olunan yeni qanun layihəsinə əsasən, ABŞ, İsrail və İrana düşmən sayılan digər ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsi qadağan ediləcək:

"İrana zərər vuran ölkələr bu ziyanı tam şəkildə ödəməyənə qədər onların gəmiləri Hörmüz boğazından və Fars körfəzindən keçmək üçün icazə ala bilməyəcəklər".