
BAKI, 17 fevral. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika döyüş təyyarələrinin Suriyada əməliyyat keçirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, hücumda bir sıra terror hədəflərinin məhv edildiyi bildirilir.
Həmçinin qeyd edilir ki, CENTCOM qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava hücumu həyata keçirərək, “Əl-Qaidə” terror təşkilatının “Hürasəddin” qruplaşmasının yüksək səviyyəli üzvünü hədəfə alaraq zərərsizləşdirib.
Açıqlamada CENTCOM-un ABŞ və müttəfiqlərinə qarşı hücum planlaşdıran qruplarla mübarizəni davam etdirəcəyi vurğulanır.