AĞSTAFA, 10 aprel. TELEQRAF

Ağstafada 9-cu sinif şagirdi bıçaqlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə baş verib.

Tənəffüs zamanı bir məktəbli digərini bıçaqlayıb. Bıçaqlanan məktəbli yüngül xəsarət alıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsi bıçaqlanma hadisəsi ilə bağlı Teleqraf-ın sorğuna cavab olaraq məktəbin 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə bıçaqla xəsarət yetirdiyini bildirib: "Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır. Təhsil müəssisəsinin əməkdaşları məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir".

Regional İdarə ictimaiyyətdən məsələyə xüsusi həssaslıq göstərilməsini də xahiş edib: "Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".