BAKI, 30 oktyabr. TELEQRAF
Bakıda avtomobil qəzası nəticəsində sürücü ölüb.
Teleqraf xəbər verir ki, hadisə oktyabrın 28-də Sabunçu qəsəbəsində, Heydər Əliyev prospektində, Koroğlu metrostansiyası istiqamətində baş verib.
Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi “Lada Granta” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi “MAN” markalı yük avtomobilinin yarımqoşqusuna çırpılıb.
Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya çatdırılıb. O, oktyabrın 29-da müalicə aldığı Neyrocərrahiyyə Klinikasında ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.