ŞƏMKİR, 28 oktyabr. TELEQRAF
Şəmkirdə qətl hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib. İlkin məlumata görə, adıçəkilən şəxsi 53 yaşlı Zəyəm qəsəbə sakini Sadıx İsmayılov törədib. Hər iki şəxs qonşudur. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində S. İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.