LƏNKƏRAN, 31 oktyabr. TELEQRAF
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində S.Dadaşzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxsin üzərində gəzdirdiyi silaha bənzər əşya oyuncaq olub. Onun isə heç vaxt hər hansı hüquq-mühafizə orqanında işləmədiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır, şəxsin barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.