Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi fevralın 9-da Nazim Mustafayevin evində qeydə alınıb. Onun evindən 80 manat, qızıl və bəzək əşyaları oğurlanıb. Polis əməkdaşları oğurluqda təqsirli bilinən Bakı şəhər sakinləri Vüsal Yusifov və əvvəllər məhkum olunmuş Rövşən Qocayev tutulublar.

Vüsal Yusifov və Rövşən Qocayev dost olublar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov