BAKI, 14 dekabr. TELEQRAF
ABŞ-nin Ohayo ştatındakı bir oteldə bir qadını soyub öldürdüyünə görə 25 ildən çoxdur hənsdə saxlanılan şəxs azadlığa buraxılıb.
Teleqraf "CBC"yə istinadən xəbər verir ki, buna səbəb istintaqın vəkillərə kifayət qədər dəlil təqdim edə bilməməsi olub.
Hamilton Şəhər Prokuroru Konni Piliç bildirib ki, işə xitam verilməsi iş üzrə dəlillərin və məhkəmə sənədlərinin aylarla davam edən araşdırmasından sonra baş verib.
Piliç ifadəsində bildirib ki, o, məhbus Consun Roddi Natanı öldürdüyünə əmin deyil.
Cons 1994-cü ildə Nyu-Cersi ştatının Toms River şəhərindən olan 67 yaşlı qadını döyərək öldürdüyü üçün ağır cinayət, soyğunçuluq və oğurluqda günahkar bilinib.