Hacıqabul rayonunda oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Navahı kənd sakinləri İmran Novruzov, Səxavət Əliyev və Əmir Hüseynov tutulublar.

Onlar yanvarın 13-də Natiq Həsənova məxsus taxıl anbarından ümumi çəkisi 2 ton 70 kiloqram olan 46 kisə arpanı oğurlayıblar.

Hacı Zeynalov