Xəzər rayonunda bir gecədə iki VAZ yanıb.

Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 22:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daşkəsən şəhərində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.