BAKI, 27 oktyabr. TELEQRAF
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülmək təşəbbüsünü alqışlayır.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.
"Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq", - A.Hacızadə qeyd edib.