BAKI, 27 oktyabr. TELEQRAF

Bu ilin doqquz ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 370,7 milyon manat kredit verilib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.

Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 5,6% azalaraq 289,3 milyon manat olub.