BAKI, 27 oktyabr. TELEQRAF
Azərbaycanda 2026-cı ilin sentyabrın 30-na bankların kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6% və ya 860.5 milyon manat artaraq 33 milyard 684.7 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, kredit portfelinin strukturunda biznes kreditləri 54.7% (18 milyard 440 milyon manat), istehlak kreditləri 30.9% (10 milyard 407.9 milyon manat) və ipoteka kreditləri 14.4% (4 milyard 836.8 milyon manat) təşkil edib. Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 12% və ya 3 milyard 621.7 milyon manat artıb. (2025-ci ilin müvafiq dövrü üzrə artım 6.5% olub).