BAKI, 8 may. TELEQRAF
İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
Səfir Ronen Krausz və missiya rəhbərinin müavini Aviv Zell məzarın önünə gül dəstələri qoyublar.
"Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və Vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və Vətənə bağlılığın nümunəsi olaraq qalır", - paylaşımda qeyd olunub.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür.
— Israel in Azerbaijan (@IsraelinAZ) May 8, 2026
Səfir @AmbRonenKrausz və missiya rəhbərinin müavini @AvivZell Bakıda onun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.
Albert Aqarunovun… pic.twitter.com/M4JYie1byD