BAKI, 5 may. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirdiyi görüş barədə sosial şəbəkə hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, nazir görüşü səmərəli adlandırıb.

Tərəflər enerji təhlükəsizliyi, ticarət və kommunikasiya əlaqələri daxil olmaqla, Azərbaycan ilə Aİ arasında çoxşaxəli əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Bundan əlavə, regional proseslər, münaqişədənsonrakı reallıqlar və normallaşma istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov vurğulayıb ki, rəsmi Bakı Avropa İttifaqı ilə tərəfdaşlığın praktiki və nəticəyönümlü əməkdaşlıq formatında gücləndirilməsinə sadiqdir.