BAKI, 18 aprel. TELEQRAF

Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış etməkdən məmnunam.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sosial media hesabında paylaşım edib.

O, müasir geosiyasi mənzərədə mütəmadi fikir mübadiləsinin və regional işbirliyinin gücləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Ceyhun Bayramov təşkilatın, eləcə də müxtəlif əməkdaşlıq platformalarının genişmiqyaslı, çevik və qarşılıqlı maraqlara söykənən tərəfdaşlıq əlaqələrinin qurulmasındakı roluna diqqət çəkib.

“Azərbaycan əlaqələndirilmiş və gələcəyə yönəlmiş gündəliyi inkişaf etdirmək üçün qardaş ölkələr, eləcə də tərəfdaşlarla sıx fəaliyyətini davam etdirəcək”,- nazir vurğulayıb.