BAKI, 18 aprel. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə ayaqüstü görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Məhəmməd İshaq Dar sosial media hesabında məlumat verilib.

Nazirlər regional inkişaflarla bağlı müzakirə aparıb, Pakistan ilə Azərbaycan arasında yaxın və qardaşlıq əlaqələrini daha da gücləndirməyin yolları barədə danışıblar.