BAKI, 13 mart. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə açıqlamasında bildirib.

Ölkə başçısı 17-22 may tarixlərində Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edəcək.

Qeyd edək ki, 17-22 may tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) keçiriləcək.