BAKI, 10 mart. TELEQRAF
Biz nə Türkiyənin hava məkanı, nə də Azərbaycanın səmasında yönünü itirmiş hansısa raket və ya pilotsuz uçuş aparatı görmək istəyirik.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı siyasi təşkilatın toplantısında bildirib.
Partiya lideri qeyd edib ki, Türkiyə ilə İranı qarşı-qarşıya gətirməyə çalışan xarici qüvvələrin fəaliyyəti diqqətdən qaçmır: "Türkiyə ilə Azərbaycan arasına nifaq toxumu səpməyə çalışanları və fitnə salmaq cəhdlərini qətiyyətlə rədd edirik".
D. Baxçalı həmçinin vurğulayıb ki, bölgədəki təxribatların qarşısını almaq və vəziyyəti dəqiqləşdirmək İranın öhdəliyindədir.