BAKI, 7 mart. TELEQRAF
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, görüş zamanı Azərbaycan–Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn regional və beynəlxalq əməkdaşlıq perspektivləri, post-münaqişə dövründə regiondakı vəziyyət, eləcə də regional təhlükəsizlik sahəsində yaranan yeni çağırışlar müzakirə olunub.
16:30
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İstanbulda baş tutan görüş Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində olub.