BAKI, 7 mart. TELEQRAF
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib.
"Azərbaycan və Qazaxıstan arasındakı qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda İran dövlətinin Naxçıvana hücumlarını pislədiyinə və ölkəmizə verdiyi dəstəyə görə Prezident Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm", - qeyddə vurğulanıb.
I express my gratitude to the President Kassym-Jomart Tokayev for his condemnation of the attacks on Nakhchivan by the state of Iran and his support for our country, in the spirit of brotherly and allied relations between Azerbaijan and Kazakhstan. https://t.co/3INdGKk7Fh
— Ilham Aliyev (@presidentaz) March 7, 2026