BAKI, 6 mart. TELEQRAF

Azərbaycan qazının Moldovaya çatdırılması istiqamətində müsbət təcrübə mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Artıq 2026-cı ildən etibarən Avstriya və Almaniyanın da bu siyahıya qoşulması ilə Azərbaycan dünyanın 16 ölkəsinə qaz tədarük edir. Moldovanın qonşuları da daxil olmaqla, ümumilikdə 21 ölkə Azərbaycan qazının alıcısı və ya tranzit tərəfdaşıdır".

Nazir həmçinin Xəzər dənizindən Avropaya çəkiləcək alternativ enerji xətti barədə danışıb və bu layihənin ilk alıcısının Rumıniya olacağını bildirib.