BAKI, 6 mart. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mihai Popşoiu Ermənistanla sülh prosesi barədə məlumatlandırıb.

Teleqraf xəbər verir ki, nazir bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoi ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

“Ermənistan-Azərbaycan münasibətləri, gözləntimiz barədə də həmkarıma məlumat verdim. Eləcə də Qarabağda bərpa-quruculuq və insanların qayıdışı məsələləri barədə də fikir mübadiləsi apardıq", - o qeyd edib.