BAKI, 6 mart. TELEQRAF
"Azərbaycan–Moldova münasibətləri on illərdir ki, möhkəmlənir".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“İki ölkə arasında siyasi dialoq əsasən dövlət başçıları səviyyəsində aparılır. Biz mütəmadi olaraq beynəlxalq tədbirlərdə bu dialoqu davam etdiririk. 2025-ci ildə iki ölkə arasında iqtisadiyyat üzrə komissiyanın iclası keçirilib, həmçinin iki ölkə arasında siyasi məsləhətləşmələr aparılıb və bu əməkdaşlıq davam edəcək. İlin ikinci yarısında Azərbaycan-Moldova siyasi məsləhətləşmələri keçiriləcək”, - o qeyd edib.