BAKI, 6 mart. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və moldovalı həmkarı Mixay Popşoi arasında təkbətək görüş başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha sonra tərəflər arasında geniştərkibli görüş də keçirilib.
Nazirlər ikitərəfli siyasi dialoqun davam etdirilməsini, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsini, eləcə də Birləşmiş Millətlər Təşkilatı və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər.
XİN başçıları, həmçinin Yaxın Şərqdə dəyişkən və gərgin təhlükəsizlik vəziyyətinə də toxunublar.
Ceyhun Bayramov martın 5-də İrandan Naxçıvana qarşı həyata keçirilən dron hücumları ilə bağlı ciddi narahatlıq ifadə edib.
Qeyd edilib ki, bu hücumlar nəticəsində hava limanı və məktəb də daxil olmaqla mülki infrastruktur zədələnib, mülki şəxslər yaralanıb.
Ceyhun Bayramov, həmçinin moldovalı həmkarını Azərbaycan və Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumatlandırıb.
***
11:59
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan moldovalı həmkarı Mihai Popşoi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, tərəflər arasında təkbətək görüş başlayıb.
